"Məni heç nə yolumdan döndərə bilməz" - Konor Makqreqor

"Məni heç nə yolumdan döndərə bilməz" - Konor Makqreqor

UFC 329 turnirində Maks Holloueyə 69 saniyəyə uduzan Konor Makqreqor zədəsi və gələcək planları barədə "X" (tvitter) hesabında paylaşım edib.

Fanat.Az xəbər verir ki, 5 illik fasilədən sonra oktaqona qayıdan və elə ilk dəqiqələrdə rəqibinə zərbə endirərkən sağ ayağından ciddi xəsarət alan 37 yaşlı irlandiyalı döyüşçü turnir öncəsi heç bir probleminin olmadığını bildirib:

"Döyüşə zədəli çıxmağımla bağlı deyilənlər uydurmadır. Tam hazır, sakit və özümə əmin idim. Baş verənlər tamamilə gözlənilməz oldu, özüm də şokdayam. Amma bu çətinliyin də öhdəsindən gələcəyimə inanıram. Məni heç nə yolumdan döndərə bilməz, yenidən oktaqona geri dönəcəyəm".

Startda 3 dəfə yerə yıxılan Konor ayağını işarə edərək dizinin tamamilə sıradan çıxdığını bildirib.

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər