"İspaniya millisi əla, azarkeşlər möhtəşəm idi" - Luis de la Fuente

"İspaniya millisi əla, azarkeşlər möhtəşəm idi" - Luis de la Fuente

Millətlər Liqasının 4-cü turunda öz meydanında Serbiya millisini darmadağın edən (3:0) İspaniya seçməsinin baş məşqçisi Luis de la Fuente qələbəni dəyərləndirib.

Fanat.Az xəbər verir ki, onun sözlərini UEFA-nın rəsmi saytı belə çatdırıb:

"İstəyirəm ki, bu gün oynadığımız kimi yaxşı oynamağa davam edək. Matçı ən yüksək səviyyədə keçirdik. Komandanın ilk saniyədən oyuna nəzarət etməsini izləmək xoş oldu. Belə futbol sərgiləyirsənsə, uğur qazanmamaq çətindir. İspaniya millisi əla, azarkeşlər möhtəşəm idi.

Hazırda formalaşma mərhələsindəyik. Mövcud durum ürəyimcədir. Çünki yüksək reputasiya ilə seçilməyən oyunçulara da özünü göstərmək imkanı yaradırıq. İspaniyada böyük futbolçuların sayı çoxdur. 

İdman aclığı önəmli məqamdır. Biz indi noyabrdakı matçlarda qalib gəlmək və qrupdan çıxmaq istəyirik. Oyuna belə köklənməsək, özümüzü çətin vəziyyətə salardıq".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər