"İlk 40 dəqiqə şən keçdi, sonra şənlik əzaba çevrildi" - Sandro Tonali

"İlk 40 dəqiqə şən keçdi, sonra şənlik əzaba çevrildi" - Sandro Tonali

İtaliya millisinin yarımmüdafiəçisi Sandro Tonali Millətlər Liqasının 3-cü turunda Belçikaya qarşı keçirdikləri ev oyununu (2:2) dəyərləndirib.

Fanat.Az xəbər verir ki, "Sky Sport Italia" onun sözlərini belə çatdırıb:

"Yaxşı matç idi. Qırmızı vərəqə (Pelleqrini 40-cı dəqiqədə komandasını azlıqda qoyub - red.) futbolun bir parçasıdır və bunu qəbul etməliyik. Oynaya bildiyimizi göstərdik. Say azlığında qalandan sonra oyunun nəbzini tutmaq asan deyildi. Çünki bunu heç kim gözləmirdi. Referi əlini cibinə atandan sonra rəqib dərhal fərqi azaltdı.Təxminən bir saat say azlığında güclü komandaya qarşı döyüşməli olduq.

İlk 40 dəqiqə şən keçdi, sonra şənlik əzaba çevrildi. Hərçənd qırmızı vərəqəyə qədər son ildə edə bilmədiyimizi etdik. Əsas odur ki, komanda olduğumuzu isbatladıq".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər