"Hədəfimiz onları mübarizədən kənarlaşdırmaqdır" -"Makkabi"nin baş məşqçisi

"Hədəfimiz onları mübarizədən kənarlaşdırmaqdır" -"Makkabi"nin baş məşqçisi

Sabah"ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsində rəqibi olan "Makkabi"nin (Hayfa) baş məşqçisi Barak Baxar Toto Kubokunda "Hapoel" (Beer Şeva) üzərində qazandıqları qələbədən (3:0) sonra Azərbaycan komandası ilə ilk oyundan danışıb.

Fanat.Az xəbər verir ki, ONE Baxarın sözlərini belə çatdırıb:

"Bu, bizim ilk oyunumuz idi. Matçdan-matça "artırırıq". Yaxşı oyun keçirdik və vacib qələbə qazandıq. Çərşənbə günü avrokubok matçı üçün yola düşməliyik. Bizi güclü rəqiblə çətin görüş gözləyir. Hədəfimiz onları mübarizədən kənarlaşdırmaqdır".

"Makkabi" - "Sabah" oyunu Macarıstanın Kişvarda şəhərində keçiriləcək. "Varkert" stadionunda baş tutacaq qarşılaşmanın start fiti Bakı vaxtı ilə 21:15-də səsləndiriləcək.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər