"Fransanın çox aqressiv oynayacağını təxmin edirik" - Zlatko Daliç

"Fransanın çox aqressiv oynayacağını təxmin edirik" - Zlatko Daliç

Millətlər Liqasının 1/4 final mərhələsinin ilk oyununda öz meydanında 2:0 hesabı ilə məğlub etdiyi Fransa yığması ilə bu gün səfərdə qarşılaşacaq Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç oyun ərəfəsində fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, UEFA-nın rəsmi saytı onun sözlərini belə çatdırıb:

"Oyuna 2 top fərqi ilə öndə başlayacağıq. Biz hesab 0:0-mış kimi oynamalıyıq. Oyun boyu müdafiə oluna bilmərik. Fransanın çox aqressiv oynayacağını təxmin edirik. Onlar mümkün qədər tez qol vurmağa çalışacaqlar. Biz isə müsbət nəticə uğrunda mübarizə aparacağıq. Yolumuza davam etmək istəyiriksə, bu matçda Splitdəkindən daha yaxşı olmalıyıq. Fransaya qarşı heç kim favorit deyil. Topu itirməməli, ona yaxşı nəzarət etməliyik".

Nihat

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər