"Fasilədə də danışdıq ki, yalnız qələbə qazanaq" - Rəşad Sadıqov

"Fasilədə də danışdıq ki, yalnız qələbə qazanaq" - Rəşad Sadıqov

Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Kiprin "Omoniya" komandası ilə oyunu (1:0) - UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab matçını dəyərləndirib.

Fanat.Az xəbər verir ki, 42 yaşlı mütəxəssis belə danışıb:

"Matça hazırlaşmaq çətin idi. Birinci görüşdə 0:6 hesabı ilə uduzmuşduq. Buna rəğmən, oyuna maksimum köklənmişdik. İlk 15-20 dəqiqədə təzyiq yaratdıq. Düşünürdük ki, ilk dəqiqələrdə vurulacaq qol və ya qollar ümid yaradar. Təbii, 0:6-dan sonra geridönüş görməmişəm, amma çalışırdıq. Fasilədə də danışdıq ki, yalnız qələbə qazanaq. Pley-offda qalibiyyət başqadır. Futbolçular çox yüklənmişdilər. "Omoniya" çempionata bir az gec başlayıb. İlk oyunda hiss olunurdu ki, rəqib bizdən daha gümrahdır. Futbolçularımı təbrik edirəm. Bu il avrokuboklarda apardığımız mübarizədən çox razı qaldım. Artıq bütün fikrimizi çempionata yönəldəcəyik".

Qeyd edək ki, səfərdə rəqəbinə 0:6 hesabı ilə uduzan "Zirə" turnirlə vidalaşmalı olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər