"Əlimizdən gələni edəcəyik" - "Vestri"nin baş məşqçisi

"Əlimizdən gələni edəcəyik" - "Vestri"nin baş məşqçisi

İslandiyanın "Vestri" komandasının baş məşqçisi Daniel Osafo-Badu mətbuat konfransında iştirak edib.

Fanat.Az xəbər verir ki, 39 yaşlı mütəxəssis Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu haqqında fikirlərini bölüşüb:

"Çox həyəcanlıyam. Sabah güclü komandaya qarşı oynayacağıq. Futbolçularımız üçün çətin olacaq. Amma əlimizdən gələni edəcəyik".

O, Azərbaycan təmsilçisinin keyfiyyətli oyunçularının olduğunu söyləyib:

"Bəzi oyunçular dəyişib. Amma baş məşqçi eynidir. Rəqibin yoxlama matçlarını izləmişəm. "Qarabağ" UEFA Çempionlar Liqasındakı kimi eyni taktikaya üstünlük verir".

Daniel Osafo-Badu ötən mövsüm "Qarabağ"ın UEFA Çempionlar Liqasındakı oyunlarını izlədiyini sözlərinə əlavə edib:

"Futbolçular "Qarabağ"la oyuna hazırdılar. Püşkdə bu rəqib bizə düşəndə sevinmişdilər. Onlar həyəcanlanmışdılar. İndiyədək qarşılaşacağımız ən güclü komandalardan biri də məhz "Qarabağ"dır. 

Mütəxəssis Azərbaycanın çox gözəl ölkə olduğunu söyləyib:

"Oyun planımızı açıqlamaq istəmirəm. Rəqibimiz topla oynamağa üstünlük verəcək. Biz əks-hücumda onları yaxalaya bilərik".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər