"Belə şeylərdən dərs çıxarmağı bacarmaq lazımdır" - "Makkabi"nin baş məşqçisi

"Belə şeylərdən dərs çıxarmağı bacarmaq lazımdır" - "Makkabi"nin baş məşqçisi

Hayfa "Makkabi"sinin baş məşqçisi Barak Baxar UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda "Sabah"dan aldıqları məğlubiyyəti (0:3) şərh edib.

Fanat.Az xəbər verir ki, "ynet" Qəzza zolağındakı müharibə səbəbindən ev oyununa Macarıstanda çıxan İsrail komandasının çalışdırıcısının sözlərini belə çatdırıb:

"İlk oyunda 0:3 hesabı ilə uduzmaq təbii ki, yaxşı deyil. Matça yaxşı başladıq. Pis hərəkət etmir, kəsərli həmlələrlə irəli gedirdik. Lakin son ötürmələrdə dəqiq olmağı bacarmadıq. Rəqib üç qoldan ikisini əks-hücumla vurdu. Görünən budur ki, oyuna o qədər də yaxşı yanaşa bilməmişik. Gələn həftə hesabı xeyrimizə dəyişməyə məcburuq. Belə şeylərdən dərs çıxarmağı bacarmaq lazımdır. İndi toparlanmalı və cavab qarşılaşmasına daha yaxşı hazırlaşmalıyıq. 

Meydanda etdiklərimiz işə yaramadı. "Sabah"ın çox yaxşı oyunçuları olduğunu bilirdik. Bizə daha çox sayda yaxşı futbolçu lazımdır, ancaq bu məqam da bizə bəraət qazandırmır. Gələn həftə yaxşı nəticə qazanmağa və hər şeyin mümkün olduğuna inanmağa çalışacağıq".

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər