Qetji: "Həbibi yerə sərəndə fanatları göz yaşı tökəcək"

Qetji: "Həbibi yerə sərəndə fanatları göz yaşı tökəcək"
Oktyabrın 24-də "Döyüşçü adası"nda UFC çempionu Həbib Nurməhəmmədovla qarşılaşacaq müvəqqəti çempion Castin Qetji rəqibinə meydan oxuyub.
Fanat.Az xəbər verir ki, "İzvestiya" ABŞ idmançının söylədiklərini belə çatdırıb: 
"Rusiyalı idmançıları tanıyırammı? Bəzilərini... Bildiyim budu ki, Həbibin fanatları ciddi, dəlisov oğlanlardı. Hərçənd onları ağlatmaq çox asandı. Nurməhəmmədovu yerə sərəndə minlərlə fanatı göz yaşı tökəcək. Öz azarkeşlərimə söz verirəm ki, Həbib 25 dəqiqə ciddi təhlükədə olacaq".
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər