PSJ çətin seçim qarşısında: Ya Neymar, ya Mbappe...

PSJ çətin seçim qarşısında: Ya Neymar, ya Mbappe...
UEFA-nın maliyyə qaydalarını pozan PSJ çətin seçim qarşısındadı.
Fanat.Az "Mediapart"a istinadən xəbər verir ki, Paris klubu cəzalanmamaq üçün iki ulduzdan birini satmalıdı. Belə ki, ya Neymar, ya Kilian Mbappe komandadan getməlidi.
Bildirilir ki, PSJ yaxın günlərdə iki futbolçudan birini satışa çıxaracaq. Fransızlar satacaqları ulduzdan 170 milyon avro qazanmağı hədəfləyir.
Qeyd edək ki, PSJ Neymarı 2017-ci ildə "Barselona"dan 222 alıb. Mbappenin "Monako"dan transferi isə 180 milyon avroya başa gəlib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər