PFL rəsmisinə UEFA-dan təyinat gəldi

PFL rəsmisinə UEFA-dan təyinat gəldi

Peşəkar Futbol Liqasının (PFL) icraçı direktoru Zaur Hacı-Məhərrəmov UEFA-dan təyinat alıb.

Fanat.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, PFL rəsmisi UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin oyununda fəaliyyət göstərəcək.

O, iyulun 18-də Albaniyada keçiriləcək “Tirana” (Albaniya) – “Torpedo” (Kutaisi, Gürcüstan) görüşünün UEFA nümayəndəsi olacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər