Orxan Məmmədov ÇL-in bürünc medalçılarını qəbul etdi

Orxan Məmmədov ÇL-in bürünc medalçılarını qəbul etdi

Azərbaycan Minifutbol Federasiyasının (AMF) prezidenti və “Zirə” klubunun Müşahidə Şurasının sədri Orxan Məmmədov “Zirə” minifutbol komandasının Çempionlar Liqasındakı nəticələrini yüksək qiymətləndirib.

Fanat.Az xəbər verir ki, Məmmədov bunu qitəmiqyaslı turnirdə bürünc medal qazanan kollektivi qəbul edərkən deyib.

O, futbolçuları təbrik edib, növbəti yarışda onlardan daha yaxşı nəticə gözlədiyini vurğulayıb.

Ardından baş məşqçi Elşad Quliyevin yarışla bağlı hesabatı dinlənilib. Sonda komanda üzvləri ilə xatirə şəkili çəkdirilib.

“Zirə” Rumıniyanın Oradea şəhərində keçirilən Çempionlar Liqasında üçüncü yer uğrunda görüşdə yerli AEK klubunu 5:1 hesabı ilə məğlub edib.

Published in Azərbaycan futbolu,

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər