"Onlar ölkədəki vəziyyətə görə..." - "Nant"ın baş məşqçisi

"Onlar ölkədəki vəziyyətə görə..." - "Nant"ın baş məşqçisi

Fransanın “Nant” komandasının baş məşqçisi Antuan Kombuare "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində “Qarabağ”a qarşı keçirəcəkləri səfər oyunundan öncə fikirlərini bölüşüb. 

Fanat.Az xəbər verir ki, o, bu gün Bakıda baş tutan mətbuat konfransında bunları söyləyib:

"Yaxşı komanda olduğumuzu sübut etməliyik. Bunun üzərində işləyirik. Təhlükə hər zaman var. "Qarabağ"ın məşhur komanda olduğunu bilirik. Onlar ölkədəki vəziyyətə görə həvəslə oynayacaqlar. Biz də yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik.

Heç vaxt azarkeşin matçı qazandığını görməmişəm. Biz Liqa 1 və Avropa Liqası arasında fərq qoymuruq".

Qeyd edək ki, sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər