Olimpiya çəkiləri üzrə Avropa çempionatı keçiriləcək

Olimpiya çəkiləri üzrə Avropa çempionatı keçiriləcək

Oktyabrın 6-7-də Latviyanın paytaxtı Riqada taekvondo üzrə olimpiya çəki dərəcələrində Avropa çempionatı keçiriləcək.

Federasiyadan Fanat.Az-a verilən məlumata görə, gənc taekvondoçular arasında baş tutacaq yarışda ölkəmizin idman şərəfini Xıdır Məmmədov (48 kq), Nihad Məmmədzadə (55 kq), Nizami Hacıyev (63), Vaqif  Hacıyev (73 kq), Zemfira Həsənzadə (44 kq) və Nərgiz Kazımova (49 kq) qoruyacaqlar.

Qeyd edək ki, yığma Riqaya oktyabrın 4-də yollanacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər