"Norway Chess": Şəhriyar Özbəkistan şahmatçısı ilə qarşılaşacaq

"Norway Chess": Şəhriyar Özbəkistan şahmatçısı ilə qarşılaşacaq

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Norveçin Stavanger şəhərində təşkil olunan "Norway Chess" turnirində sabah növbəti oyununu keçirəcək.

Fanat.Az xəbər verir ki, 38 yaşlı qrossmeyster IV turda özbəkistanlı Nodirbek Abdusattorov ilə üz-üzə gələcək. 

Məmmədyarov hazırda 2,5 xalla 9-cu yerdə qərarlaşıb. ABŞ təmsilçisi Fabiano Karuana 7,5 xalla liderdir. .

Qeyd edək ki, “Norway Chess” iyunun 9-da başa çatacaq. Reqlamentə əsasən, birbaşa qələbəyə görə 3 xal verilir. Heç-heçə olacağı təqdirdə rəqiblər Armageddonda qarşılaşırlar. Bu halda qalib 1.5, məğlub olan tərəf isə 1 xal əldə edir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər