"Norway Chess": Məmmədyarov Fransa, Rəcəbov Norveç şahmatçısına qarşı

"Norway Chess": Məmmədyarov Fransa, Rəcəbov Norveç şahmatçısına qarşı

Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov Norveçin Stavanger şəhərində təşkil olunan "Norway Chess" turnirində bu gün növbəti görüşlərini keçirəcəklər.

Fanat.Az xəbər verir ki, Məmmədyarov II turda qara fiqurlarla fransalı Maksim-Vaşye Laqravla üz-üzə gələcək. Rəcəbov isə "ağlar"la yerli şahmatçı Aryan Tariylə münasibətləri aydınlaşdıracaq.

Şəhriyar ilk turda Tarini "armageddon"da üstələyib. Teymur isə ABŞ təmsilçisi Uesli Soya əsas partiyada uduzub.

Reqlamentə əsasən, qələbəyə görə şahmatçılara 3 xal verilir. Heç-heçə olacağı təqdirdə iştirakçılar qalibi "armageddon"da müəyyənləşdirir. Bu halda qalib şahmatçı 1,5, məğlub olan 1 xal qazanır.

Qeyd edək ki, iyunun 10-da başa çatacaq turnirin mükafat fondu 2 500 000 (451 min manat) Norveç kronudur.

"Norway Chess" II tur Maksim Vaşye Laqrav (Fransa) - Şəhriyar Məmmədyarov (Azərbaycan) Teymur Rəcəbov (Azərbaycan) - Aryan Tari (Norveç) Uesli So (ABŞ) - Maqnus Karlsen (Norveç)  Van Hao (Çin) - Aniş Giri (Niderland) Veselin Topalov (Bolqarıstan) - Vişvanatan Anand (Hindistan)

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər