Navasın etdiyini heç kim bacarmamışdı - Tarixi rekord

Navasın etdiyini heç kim bacarmamışdı - Tarixi rekord

Müdafiəçi Xesus Navas İspaniya millisinin forması ilə tarixi rekorda imza atıb.

Fanat.Az xəbər verir ki, Millətlər Liqasının yarımfinalında İtaliyanı 2:1 hesabı ilə məğlub edərək finala yüksələn "buğalar"ın heyətində yer alan Navas ölkəsinin yığmasında rəsmi matça çıxmış ən yaşlı oyunçu olub.

90 dəqiqə meydanda olan arxa xətt oyunçusu 37 yaş 207 günlüyündə mütləq rekordçu ünvanına sahib çıxıb.

Qeyd edək ki, Millətlər Liqasının final mərhələsi Niderlandda keçirilir. İspaniya həlledici görüşdə digər yarımfinalda Niderlandı 4:2 hesabı ilə üstələyən Xorvatiya ilə üz-üzə gələcək. Final və 3-cü yer uğrunda matçlar iyunun 18-də baş tutacaq.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər