Musa Qurbanlının komandası avrokuboklarla vidalaşdı

Musa Qurbanlının komandası avrokuboklarla vidalaşdı

Azərbaycan millisinin futbolçusu Musa Qurbanlının çıxış etdiyi İsveç "Yurqorden"i Avropa Konfrans Liqası ilə erkən vidalaşıb.

Fanat.Az xəbər verir ki, 2-ci təsnifat mərhələsinin cavab oyununda İsveçrədə "Lütsern"in qonağı olan Stokholm təmsilçisi 1:1 hesablı heç-heçə edib.

Qurbanlı bu görüşün 38-ci dəqiqəsində meydana buraxılıb. 21 yaşlı forvard bu oyunda fərqlənə bilməyib.

Evdəki ilk qarşılaşmada rəqibinə uduzan (0:1) Musanın komandası iki görüşün nəticəsinə əsasən turnirdə mübarizəni dayandırıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər