Özbəkistanın Səmərqənd şəhərində təşkil olunan 46-cı Ümumdünya Şahmat Olimpiadası davam edir. Fanat.Az xəbər verir ki, Azərbaycan milliləri bu gün növbəti oyunlarını keçirəcəklər. Kişilərdən (Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Eltac Səfərli) ibarət yığma 9-cu tur çərçivəsində Ermənistanla üz-üzə gələcək. Qadınlar (Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədova) isə Çexiyadan olan həmcinsləri ilə üz-üzə gələcəklər. 8 turdan sonra kişilərdən ibarət kollektiv 13 xalla 5-ci, qadınlardan ibarət milli isə 11 xalla 21-ci pillədə qərarlaşıb. Kişilərdən ibarət milli Mərakeşi (4:0), Filippini (3:1), İsveçrəni (3:1), Argentinanı (2.5:1.5) və Yunanıstanı (3.5:0.5) məğlub edib, Çexiya (2:2), Rumıniya (2:2) və Hindistanla (2:2) xal bölgüsünə razılaşıb. Zərif cinsdən olan zəka ustalarımız isə Qvatemala (4:0), Danimarka (4:0), İsveç (2.5:1.5), İngiltərə (2.5:1.5) və Serbiyanı (3:1) üstələyib, Argentina ilə (2:2) heç-heçə edib və Qazaxıstanla (1.5:2.5) Ermənistana (1.5:2.5) uduzub. Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası İsveçrə sistemi üzrə 11 turdan ibarətdir və sentyabrın 27-də başa çatacaq. Mirağa
Ümumdünya Şahmat Olimpiadası: Kişilər Ermənistana qarşı, qadınlar isə...
TREND
Azərbaycan futbolu
10:48
15.10.2026
Həftəiçi oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
11:12
11.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
11:47
13.10.2026
"Neftçi" yerlilərə inamı qoruyur, "Turan Tovuz" isə... - Bonus cədvəli
Azərbaycan futbolu
01:20
09.10.2026
"Rakuv" Abdullanı istədi, Puxaç "yox" dedi
Oxşar xəbərlər
Şahmat
15:39
27.09.2026
Mahir Məmmədov 3-cü dəfə FIDE-nin vitse-prezidenti seçildi
Şahmat
13:07
27.09.2026
Ümumdünya Şahmat Olimpiadası: Bu gün Azərbaycan milliləri son görüşlərini keçirəcək
Şahmat
22:12
26.09.2026
Azərbaycan milliləri Şahmat Olimpiadasında növbəti görüşlərini keçirib
Şahmat
11:44
26.09.2026
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri Bolqarıstan və Sloveniyaya qarşı