Mourinyu avrokubokların tarixinə düşdü

Mourinyu avrokubokların tarixinə düşdü

"Roma"nın baş məşqçisi Joze Mourinyu avrokubokların yarımfinal mərhələsinə ən çox vəsiqə qazanan mütəxəssis olub.

Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis bu ada evdə Norveçin "Budye Qlimt" komandasını 4:0 hesabı ilə məğlub etdikləri UEFA Konfrans Liqasının 1/4 final mərhələsinin cavab oyunundan sonra yiyələnib.

İlk matçda rəqibinə 1:2 hesabı ilə uduzan "canavarlar" iki görüşün nəticəsinə əsasən, mərhələ adlayıb. Finala gedən yolda İngiltərə "Lester"inə qarşı matçlar Mourinyu üçün məşqçilik karyerasında 11-ci yarımfinal dueli olacaq.

59 yaşlı mütəxəssis bu göstəricidə Aleks Ferqyusson, Yupp Haynkes, Karlo Ançelotti və Xosep Quardiola kimi baş məşqçiləri qabaqlayıb.

O, həmçinin, Avropanın hər üç turnirində - Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında yarımfinala çıxan birinci mütəxəssis olub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər