Millimiz dünya çempionatı ilə medalsız vidalaşdı

Millimiz dünya çempionatı ilə medalsız vidalaşdı

Azərbaycanın son üç samboçusu Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında mübarizəyə qoşulub.

Fanat.Az xəbər verir ki, təmsilçilərimizdən ən yaxşı nəticəni 88 kiloqram çəki dərəcəsində çıxış edən Ceyhun Hüseynov göstərib.

Yarışa 1/8 finaldan start verən idmançımız belaruslu Tsimafey Yemelyanovu üstələsə də, ardınca Rusiya təmsilçisi Sergey Ryabova uduzub. Rəqib finala yüksəldiyindən, Ceyhun təsəlliverici görüşlərə qatılıb. Burada türkmənistanlı Quvanç Beqaliyevi yenən Hüseynov bürünc medal uğrunda həlledici qarşılaşmada İran samboçusu Seyedmohammadreza Saedimadaniyə məğlub olaraq beşinci yerlə kifayətlənib.

Abdulla Abdullayev (79 kq) ilk mərhələdə rusiyalı Uali Kurjevə, Kamran Əsgərov (71 kq) isə belaruslu Yevgeni Sayapinə uduzub. Abdullayev sonradan "bürünc" şansı əldə etsə də, təsəlliverici görüşdə türkmənistanlı rəqibi ilə bacarmayıb.

Beləliklə, Daşkəndə 5 nəfərlik heyətlə yollanan Azərbaycan millisi mundialı medalsız başa vurub.

Qeyd edək ki, 50 ölkənin qatıldığı dünya çempionatına sabah - noyabrın 14-də yekun vurulacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər