Millətlər Liqası: Türkiyədən növbəti qələbə, İngiltərə darmadağın oldu

Millətlər Liqası: Türkiyədən növbəti qələbə, İngiltərə darmadağın oldu

Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti oyunlar keçirilib.

Fanat.Az xəbər verir ki, IV turun sonuncu günündə ümumilikdə 12 matç baş tutub.

A Liqasının 3-cü qrupunda Almaniya İtaliyanı, Macarıstan isə İngiltərəni böyük hesabla məğlub edib.

C Liqasının 1-ci qrupunda mübarizə aparan Türkiyə millisi isə Litva üzərində 2:0 hesablı qələbə qazanıb. 

UEFA Millətlər Liqası A Liqası 3-cü qrup

Almaniya - İtaliya - 5:2 Qollar: Yozua Kimmix, 10. İlkay Gündoğan, 45+4-pen, Tomas Müller, 51. Timo Verner, 68; 69 - Vilfred Qnonto, 78. Alessandro Bastoni, 90+4.

İngiltərə - Macarıstan - 0:4 Qollar: Roland Şallai, 16. 70, Jolt Nad, 80. Daniel Qazdaq, 89

Xal durumu: Macarıstan – 7, Almaniya - 6, İtaliya – 5, İngiltərə - 2.

4-cü qrup

Polşa - Belçika - 0:1 Qol: Mişi Batşuayi, 16.

Niderland - Uels - 3:2 Qollar: Noa Lanq, 17. Mathes Qakpo, 23. Menfis Depay, 90+3 - Brennan Conson, 26. Qaret Beyl, 90+2

Xal durumu: Niderland – 10, Belçika – 7, Polşa – 4, Uels – 1.

B Liqası 1-ci qrup

Ermənistan - Şotlandiya - 1:4 Qollar: Vahan Biçakcyan, 6. - Stuart Armstronq, 14; 45+1. Con Makgin,50. Çe Adams, 53

Ukrayna - İrlandiya - 1:1 Qollar: Artyom Dovbik, 47. - Natan Kollins, 31

Xal durumu: Ukrayna - 7 (3 oyuna), Şotlandiya - 6 (3), İrlandiya – 4 (4), Ermənistan – 3. (4)

B Liqası 3-cü qrup

Bosniya və Herseqovina - Finlandiya - 3:2 Qollar: Miralem Pyaniç, 5-pen. Edin Ceko, 29; 58. - Teemu Pukki, 10. Benjamin Kallman, 18

Rumıniya - Monteneqro - 0:3 Qollar: Stefan Muqoşa, 42; 56; 63

Xal durumu: Bosniya və Herseqovina – 8, Monteneqro – 7, Finlandiya – 4, Rumıniya – 3.

C Liqası 1-ci qrup

Türkiyə - Litva - 2:0 Qollar: Kaan Ayhan, 37. Hakan Çalhanoğlu, 54-pen.

Lüksemburq - Farer Adaları - 2:2 Qollar: Gerson Rodriges, 12-pen, Leandro Martins, 49. - Joannes Bjartaib, 56. 59

Xal durumu: Türkiyə - 12, Lüksemburq – 7, Farer adaları – 4, Litva – 0.

D Liqası 1-ci qrup

Moldova - Andorra - 2:1 Qollar: Mixail Kaymakov, 26-pen, İan Nikolaesku, 50-pen. - Marsio Vieyra, 45+4

Lixtenşteyn - Latviya - 0:2 Qollar: Vladislav Qutkovski, 20; 28

Xal durumu: Latviya - 12, Moldova - 7, Andorra - 4, Lixtenşteyn - 0.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər