Millətlər Liqası: Türkiyə yığması rəqibinə acımadı

Millətlər Liqası: Türkiyə yığması rəqibinə acımadı

Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində II turun növbəti oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, üç liqada ümumilikdə 6 qarşılaşma baş tutub.

Günün mərkəzi görüşü A Liqasının 3-cü qrupunda Almaniya və İngiltərə seçmələri arasında reallaşıb. Matç 1:1 hesabı ilə yekunlaşıb.

C Liqasının 1-ci qrupunda isə Türkiyə səfərdə Litvanı 6:0 hesabı ilə darmadağın edib. 

UEFA Millətlər Liqası A Liqası 3-cü qrup

Almaniya - İngiltərə - 1:1 Qollar: Yonas Hofmann, 51 - Harri Keyn, 88

İtaliya - Macarıstan - 2:1 Qollar: Nikolo Barella, 30. Lorentso Pelleqrini, 45 - Canluka Mançini, 61 (öz qapısına)

Xal durumu: İtaliya - 4, Macarıstan - 3, Almaniya - 2, İngiltərə - 1.

B Liqası 3-cü qrup

Finlandiya - Monteneqro - 2:0 Qollar: Yoel Pohyanpolo, 31; 38

Bosniya və Herseqovina - Rumıniya - 1:0 Qol: Smail Prevlyak, 68

Xal durumu: Finlandiya - 4, Bosniya və Herseqovina - 4, Monteneqro - 3, Rumıniya - 0

C Liqası 1-ci qrup

Farer Adaları - Lüksemburq - 0:1 Qol: Jerson Rodriges, 74 (pen.) Qırmızı vərəqələr: Rene Yönsen, 68; Sölvi Vatnhamar, 80 (hər ikisi Farer adaları)

Litva - Türkiyə - 0:6 Qollar: Doğukan Sinik, 2; 14. Serdar Dursun, 56 (pen.); 81. Yunus Akgün, 89. Halil Dervişoğlu, 90+1

Xal durumu: Türkiyə - 6, Lüksemburq - 6, Farer adaları - 0, Litva - 0.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər