Millətlər Liqası: Türkiyə İslandiyadan qalib döndü, İtaliya darmadağın reallaşdırdı

Millətlər Liqası: Türkiyə İslandiyadan qalib döndü, İtaliya darmadağın reallaşdırdı

Bu gün UEFA Millətlər Liqasında IV turun növbəti oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının Bakıda Slovakiyaya uduzduğu gündə daha 9 qarşılaşma baş tutub.

B Liqasında çıxış etdiyi qrupun lideri olan Türkiyə millisi İslandiyada dramatik qələbə qazanıb. 

A Liqasında isə Belçika Fransa ilə bacarmayıb. İtaliya İsraili, Almaniya isə Niderlandı məğlub etməyi bacarıb. 

UEFA Millətlər Liqası IV tur

A Liqası

2-ci qrup

Belçika – Fransa 1:2 Qollar: Openda, 45+3 - Kolo-Muani, 35-pen. 62. İtaliya – İsrail 3:1 Qollar: Reteqi, 41. Di Lorentso, 54, 80. Frattezi, 72 - Abu Fani, 66.

Xal durumu: İtaliya – 10, Fransa – 9, Belçika – 4, İsrail – 0

3-cü qrup

Almaniya – Niderland 1:0 Qol: Levelinq, 63. Bosniya və Herseqovina – Macarıstan 0:2 Qollar: Soboslai, 38, 50-pen.

Xal durumu: Almaniya – 10, Niderland – 5, Macarıstan – 5, Bosniya və Herseqovina – 1

B Liqası 1-ci qrup

Gürcüstan – Albaniya 0:1 Qol: Aslani, 48. Ukrayna – Çexiya 1:1 Qollar: Dovbik, 53 - Çerv, 18.

Xal durumu: Çexiya – 7, Gürcüstan – 6, Albaniya – 6, Ukrayna – 4

4-cü qrup

Uels – Monteneqro 1:0  Qol: Uilson, 36. İslandiya – Türkiyə 2:4 Qollar: Oskarssen, 3. Qudyonsen, 83 - İrfan Can Kahveci, 62. Hakan Çalhanoğlu, 67-pen. Arda Gülər, 88. Kərəm Aktürkoğlu, 90+5.

Xal durumu: Türkiyə – 10, Uels – 8, İslandiya – 4, Monteneqro – 0

C Liqası 1-ci qrup

Azərbaycan – Slovakiya 1:3 Qollar: Toral Bayramov, 38 - Rahil Məmmədov, 15-öz qapısına. Haraslin, 74. Düriş, 86. Estoniya – İsveç 0:3 Qollar: Nanasi, 29, 37. Dyokereş, 66.

Xal durumu: İsveç – 10, Slovakiya – 10, Estoniya – 3, Azərbaycan – 0

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər