Millətlər Liqası: Qazaxıstan səfərdə sevindi, Estoniyada "sülh"

Millətlər Liqası: Qazaxıstan səfərdə sevindi, Estoniyada "sülh"

Bu gün UEFA Millətlər Liqasında pley-off oyunlarına start verilib.

Fanat.Az xəbər verir ki, D Divizionuna düşməmək uğrunda mübarizə aparan Estoniya Kiprlə, Moldova isə Qazaxıstanla üz-üzə gəlib.

İlk görüşlərdə meydan sahibləri qələbə qazana bilməyib. Cavab qarşılaşmaları martın 29-da oynanılacaq. İki görüşün nəticəsinə əsasən qalib gələn komandalar C Liqasındakı yerlərini qoruyacaqlar.

Qeyd edək ki, Moldova - Qazaxıstan cütünün qalibi C Liqasında Azərbaycan, Slovakiya və Belarusun yer aldığı 3-cü qrupa, məğlubu isə D Liqasında Andorra, Latviya və Lixtenşteynin mübarizə aparacağı 1-ci qrupa düşəcək.

UEFA Millətlər Liqası  Pley-off, ilk oyunlar

24 mart

Moldova - Qazaxıstan 1:2 Qollar: Nikolaesku, 45+1 - Malıy, 64, Posmak, 79-öz qapısına Estoniya - Kipr 0:0

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər