Millətlər Liqası: İtaliya üstünlüyünü əldən verdi, İngiltərə uduzdu

Millətlər Liqası: İtaliya üstünlüyünü əldən verdi, İngiltərə uduzdu

Bu gün UEFA Millətlər Liqasında III turun oyunları start götürüb.

Fanat.Az xəbər verir ki, ilk oyun günündə A, B, C və D liqalarında ümumilikdə 10 matç baş tutub.

İtaliya Norveçlə görüşdə azlıqda qaldıqdan sonra 2 topluq üstünlüyünü əldən verərək 1 xalla kifayətlənib. İngiltərə Yunanıstana uduzub.  

Qeyd edək ki, Azərbaycan millisi UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 11-də Tallində Estoniya yığması, oktyabrın 14-də isə Bakıda Slovakiya seçməsi ilə qarşılaşacaq.

UEFA Millətlər Liqası III tur

A Liqası

II qrup

İsrail – Fransa 1:4 Qollar: Qandelman, 24 - Kamavinqa, 7. Nkunku, 28, Qenduzi, 87, Barkolya, 89. İtaliya – Belçika 2:2 Qollar: Kambyasso, 1, Reteqi, 24 - De Kyüyper, 42, Trossard, 61.

Xal durumu: İtaliya – 7, Fransa – 6, Belçika – 4, İsrail – 0.

B Liqası

II qrup

İngiltərə – Yunanıstan 1:2 Qollar: Bellinqem, 87 - Pavlidis, 49, 90+4. Finlandiya – İrlandiya 1:2 Qollar: Pohyanpalo, 17 - Skeylz, 57, Breydi, 88. 

Xal durumu: Yunanıstan – 9, İngiltərə – 6, İrlandiya – 3, Finlandiya – 0.

III qrup

Avstriya – Qazaxıstan 4:0 Qollar: Baumqartner, 10, Linhart, 53, Zabitser, 56, Zaydel, 79.  Norveç – Sloveniya 3:0 Qollar: Holand, 7, 62, Sorlot, 52.

Xal durumu: Norveç – 7, Avstriya – 4, Sloveniya – 4, Qazaxıstan – 1.

C Liqası

IV qrup

Latviya – Şimali Makedoniya 0:3 Qollar: Atanasov, 35, Qamili, 70, Elmas, 90+3. Farer adaları – Ermənistan 2:2 Qollar: Benyaminsen, 37, Byartalid, 85 - Zelarayan, 44, Manvelyan, 90+3.

Xal durumu: Şimali Makedoniya – 7, Ermənistan – 4, Latviya – 3, Farer adaları – 2.

D Liqası

I qrup

Cəbəllütariq – San Marino 1:0 Qol: Brito, 62.

Xal durumu: Cəbəllütariq – 4, San Marino – 3, Lixtenşteyn – 1.

II qrup

Moldova – Andorra 2:0 Qollar: İonita, 31, Kojokaru, 90+5.

Xal durumu: Moldova – 6, Malta – 3, Andorra – 0.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər