Millətlər Liqası: Fransa və Türkiyədən inamlı, İtaliyadan əzmar qələbə

Millətlər Liqası: Fransa və Türkiyədən inamlı, İtaliyadan əzmar qələbə

Bu gün UEFA Millətlər Liqasının 2-ci turu çərçivəsində daha 8 matç baş tutub.

Fanat.Az xəbər verir ki, A, B və C liqalarında yer alan yığmalar üz-üzə gəliblər.

B Liqasında Türkiyə evdə İslandiyanı inamla yenib. A Liqasının 2-ci qrupunda Fransa öz meydanında Belçikanı, İtaliya yığması qonaq qismində İsraili məğlub edib. Qazaxıstan yığması isə səfərdə Sloveniyaya uduzub - 0:3.

UEFA Millətlər Liqası, 2-ci tur 9 sentyabr

A Liqası, 2-ci qrup

Fransa – Belçika 2:0 Qollar: Kolo Muani, 29. Dembele, 57.

İsrail – İtaliya 1:2 Qollar: Abu Fani, 90 – Frattezi, 38. Kin, 62.

Xal: İtaliya – 6, Fransa – 3, Belçika – 3, İsrail – 0

B Liqası, 3-cü qrup

Norveç – Avstriya 2:1 Qollar: Myure, 9. Holand, 80 – Zabitser, 37.

Sloveniya – Qazaxıstan 3:0 Qollar: Şeşko, 23; 28; 63.

Xal: Sloveniya – 4, Norveç – 4, Avstriya – 1, Qazaxıstan – 1

B Liqası, 4-cü qrup

Türkiyə – İslandiya 3:1 Qollar: Aktürkoğlu, 2; 52; 88 – Palsson, 37.

Monteneqro – Uels 1:2 Qollar: Kamaj, 73 – Mur, 1. Uilson, 3.

Xal: Türkiyə – 4, Uels – 4, İslandiya – 3, Monteneqro – 0

C Liqası, 2-ci qrup

Kipr – Kosovo 0:4 Qollar: Muriqi, 9; 21. Rrahmani, 48. Dellova, 55.

Rumıniya – Litva 3:1 Qollar: Mihaila, 4. Marin, 87-pen. Mitrita, 90+2 – Kuçis, 34.

Xal: Rumıniya – 6, Kosova – 3, Kipr – 3, Litva – 0

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər