Məşhur şahmatçımız Türkiyədə problemlə üzləşdi

Məşhur şahmatçımız Türkiyədə problemlə üzləşdi

Dünyanın ən güclü şahmatçılarından biri Şəhriyar Məmmədyarov Türkiyə gömrüyündə problemlə üzləşib. 

Fanat.Az xəbər verir ki, bu barədə "Satranc okulu” kanalında FİDE ustası Selim Gürcan məlumat verib. 

O bildirib ki, Şəhriyar qaçaqmalçılıqda şübhəli bilinib. Şəhriyar məşhur şahmatçı olduğunu bildirəndən sonra gömrük əməkdaşları internetdə axtarış edib, yalnız bundan sonra üzr istəyərək Məmmədyarovun Türkiyəyə keçməsinə şərait yaradıblar. (Bakuplus.az)

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər