Məmmədyarov Özbəkistanda yarışacaq

Məmmədyarov Özbəkistanda yarışacaq

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Özbəkistanda keçiriləcək rapid üzrə beynəlxalq turnirdə iştirak edəcək.

Federasiyadan Fanat.Az-a verilən məlumata görə, 38 yaşlı qrossmeyster bu gün sözügedən ölkəyə yollanıb.

Yarışda Məmmədyarovla yanaşı, Aleksandr Qrişuk (Rusiya), Nodirbek Abdusattarov və Rüstəm Kasımjanov (hər ikisi Özbəkistan) kimi tanınmış şahmatçılar iştirak edəcəklər.

Turnirin baş hakimi Azərbaycan Şahmat Federasiyasının Birinci vitse-prezidenti Faiq Həsənov olacaq.

Qeyd edək ki, üç gün davam edəcək yarışın mükafat fondu 50 min ABŞ dollarıdır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər