Məmmədyarov Özbəkistanda 6-cı oldu

Məmmədyarov Özbəkistanda 6-cı oldu

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Daşkənddə keçirilən Rüstəm Kasımcanov kubokunda altıncı yeri tutub.

Fanat.Az xəbər verir ki, son oyun günündə daha dörd tur oynanılıb. Şəhriyar, 2004-cü il Dünya Kubokunun qalibi Rüstəm Kasımcanovla heç-heçə oynayıb, daha sonra Yorden Van Forest (Hollandiya) və Parham Maqsudlu (İran) ilə xalı yarı bölüb. Son oyununda isə o, Şəmsiddin Vohidovla da heç-heçəyə razılaşıb. (Özbəkistan).

Beləliklə, doqquz turun yekunlarına görə, Məmmədyarov 4,5 xal toplayaraq on iştirakçı arasında altıncı olub. Turnirin qalibi Cavohir Sindarov olub. Özbəkistan yığmasının heyətində Olimpiya çempionu 6,5 xal toplayaraq Maqsudlu (6) və komanda yoldaşı Vohidovu (5) qabaqlayıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər