Məmmədyarov Karlsenlə heç-heçə edib 13 yaşlı şahmatçıya uduzdu

Məmmədyarov Karlsenlə heç-heçə edib 13 yaşlı şahmatçıya uduzdu

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turu seriyasının dördüncü mərhələsində mübarizəyə başlayıb.

Fanat.Az xəbər verir ki, 37 yaşlı qrossmeyster "Chessable Masters" adlanan turnirin ilk günündə 4 görüş keçirib.

İlk 3 partiyada müvafiq olaraq, Erik Hansen (Kanada), Karlsen və Yorden van Foreestlə (Niderland) heç-heçə edən Məmmədyarov sonuncu qarşılaşmada 13 yaşlı ABŞ təmsilçisi Abhimanyu Mişraya uduzub.

16 şahmatçı yarışın ilk dörd günündə dairəvi sistem üzrə mübarizə aparacaq. 15 turdan sonra ilk "səkkizlik" adını pley-off mərhələsinə yazdıracaq.

Qeyd edək ki, turnirin mükafat fondu 210 000 ABŞ dollarıdır. 

"Chessable Masters" 

I tur Erik Hansen (Kanada) - Şəhriyar Məmmədyarov 0,5:0,5

II tur Maqnus Karlsen (Norveç) - Şəhriyar Məmmədyarov 0,5:0,5

III tur Şəhriyar Məmmədyarov - Yorden van Foreest (Niderland) 0,5:0,5

IV tur Abhimanyu Mişra (ABŞ) - Şəhriyar Məmmədyarov 1:0

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər