MDB Oyunları: Azərbaycan samboçularından 3-cü qızıl medal

MDB Oyunları: Azərbaycan samboçularından 3-cü qızıl medal

Azərbaycan samboçusu Toğrul Salmanov Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında final görüşünə çıxıb.

Fanat.Az xəbər verir ki, 98 kq-dan yuxarı çəkidə mübarizə aparan idmançı özbəkistanlı Ruslan Rüstəmovla qüvvəsini sınayıb.

Rəqibinə 1:0 hesabı ilə qalib gələn Salmanov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, daha öncə 58 kq çəki dərəcəsində çıxış edən Nicat Məmmədli  rusiyalı Nikolay Lukyançuku, 64 kq-da mübarizə aparan Elvin Bağırov isə özbəkistanlı Şahriyorbek Mamatkulovu məğlub edərək qızıl medal qazanıblar. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər