Mbappe yeni rekorda imza atdı - Beləsi top-5 liqalarda yoxdur

Mbappe yeni rekorda imza atdı - Beləsi top-5 liqalarda yoxdur

"Real Madrid"in hücumçusu Kilian Mbappe İspaniya La Liqasının 33-cü turu çərçivəsində dünən "Alaves"ə qarşı keçirdikləri ev oyununda (2:1) şəxsi rekordunu yeniləyib.

Fanat.Az "Opta Sport"a istinadən xəbər verir ki, matçın 30-cu dəqiqəsində hesabı cərimə meydançasına girmədən endirdiyi zərbə ilə açan fransalı cari mövsüm bütün turnirlərdə uzaq məsafədən 8-ci qolunu vurub.

Mbappe hazırda top-5 liqalarda da bu göstəriciyə görə liderdir.

Cari mövsüm bütün yarışlarda "Real"ın heyətində 40 matça çıxan Kilian 41 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "kral klubu" ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı sözügedən forvardın transfer qiymətini 200 milyon avro ilə dəyərləndirir.

Toğrul

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər