Mbappe Ronaldu ilə Messinin uğurunu təkrarladı

Mbappe Ronaldu ilə Messinin uğurunu təkrarladı

"Real Madrid"in hücumçusu Kilian Mbappe Kriştianu Ronaldu, Lionel Messi və Luis Suaresin uğurunu təkrarlayıb.   Fanat.Az "Madrid Zone" portalına istinadən xəbər verir ki, 27 yaşlı hücumçu buna La Liqanın 23-cü turunda "Valensiya"nı səfərdə məğlub etdikləri matçda (2:0) fərqlənməklə nail olub.

90+1-ci dəqiqədə rəqib qapısına yol tapan fransalı forvard cari mövsüm İspaniya çempionatında çıxdığı 22-ci qarşılaşmada 23-cü qolunu vurub.

Daha öncə "Barselona"nın sabiq futbolçuları - Luis Suares (2015/2016) və Lionel Messi (2012/2013), eləcə də "Real"ın keçmiş hücumçusu Kriştianu Ronaldu (2014/2015) bunu bacarıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər