Mahirli “Dinamo” Kosovo klubuna uduzdu

Mahirli “Dinamo” Kosovo klubuna uduzdu

Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi Zaqreb "Dinamo"su bu gün Avropa Konfrans Liqasının qrup mərhələsində ikinci oyununa çıxıb.

Fanat.Az xəbər verir ki, Xorvatiya təmsilçisi C qrupunda Kosovo klubu “Ballkani”nin qonağı olub.

Oyun "Dinamo"nun 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Emreli də bu oyunun iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana çıxıb və 80-ci dəqiqədə sarı vərəqə alıb.

“Dinamo” hazırda 3 xalla qrup üçüncüsüdür.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər