Ülviyyə Fətəliyeva Rusiyaya yollandı

Ülviyyə Fətəliyeva Rusiyaya yollandı

Azərbaycan şahmatçısı Ülviyyə Fətəliyeva bu gün Rusiyanın Vladivostok şəhərində start götürəcək rapid üzrə beynəlxalq turnirə yollanıb.

Azərbaycan Şahmat Federasiyasından Fanat.Az-a verilən məlumata görə, yarışda Rusiya, Hindistan, Qazaxıstan, Belarus, Tacikistan, İran, Qırğızıstan və digər ölkələrin təmsilçiləri də mübarizə aparacaq.

32 iti zəka sahibinin qatılacağı turnir 11 turdan ibarət olacaq.

Qeyd edək ki, Ülviyyə Fətəliyeva Çexiyanın paytaxtı Praqadakı şəxsi Avropa çempionatında bürünc medal qazanıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər