"Legiya" Mahir Emrelini sifariş etdi

"Legiya" Mahir Emrelini sifariş etdi

Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq Polşanın "Legiya" klubu iştirak ərizəsini UEFA-ya təqdim edib.

Qaynarinfo-nun məlumatına görə, Varşava təmsilçisi qrup oyunları üçün 25 futbolçu sifariş verib. Onların arasında Azərbaycan millisinin hücumçusu Mahir Emreli də var.

Oyunçulardan 2-si qapıçı, 9-u müdafiəçi, 9-u yarımmüdafiəçi, 5-i isə hücumçudur.

Qeyd edək ki, "Legiya" İtaliyanın "Napoli", İngiltərənin "Lester Siti" və Rusiyanın "Spartak" (Moskva) klubları ilə birlikdə C qrupunda mübarizə aparacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər