"Legiya" azarkeşləri polisə hücum etdi

"Legiya" azarkeşləri polisə hücum etdi

Mahir Emrelinin çıxış etdiyi “Legiya” (Polşa) klubu Avropa Liqasının qrup mərhələsində "Kinq Pauer - Uolkers" stadionunda “Lester Siti”nin (İngiltərə) qonağı olub. 

Fanat.Az xəbər verir ki, Varşava təmsilçisinin 1:3 hesabı ilə məğlub olduğu görüşdə polşalı azarkeşlər qayda pozuntusuna yol veriblər. 

Belə ki, qarşılaşmanın ikinci hissəsində "Legiya" tərəfdarları pirotexniki vasitələrdən istifadə edərək “Lester” azarkeşlərinin olduğu sektora keçməyə çalışıblar. Bundan əlavə, "Legiya"lılar onları sakitləşdirməyə çalışan polislərə də hücum ediblər. 

Qeyd edək ki, start heyətdə yer alan Mahir Emreli 26-cı dəqiqədə penalti imkanından yararlana bilməyib. 1:3 hesabı ilə uduzan Polşa komandası yer aldığı C qrupunda sonuncu pilləyə düşüb.

Qrupun digər qarşılaşması ötən gün baş tutub. Rusiyanın “Spartak” (Moskva) klubu İtaliya təmsilçisi “Napoli”ni qəbul edib. Üç qolun qeydə alındığı oyunda qələbəni meydan sahibləri bayram ediblər.

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər