UEFA Çempionlar Liqasında qrup mərhələsinin ən yaxşı qolu müəyyənləşib. Fanat.Az xəbər verir ki, PSJ-sinin argentinalı ulduzu Lionel Messinin Parisdə "Mançester Siti"ni məğlub etdikləri oyununda (2:0) vurduğu qol birinci olub. Messi həmin görüşün 74-cü dəqiqəsində uzaq məsafədən effektli vuruşla adını tabloya yazdırmışdı. Qalib azarkeşlər arasında səsvermədən sonra bəlli olub. Leonun qolu 22 faiz səs toplayıb. Avropa Liqasında qrup mərhələsinin ən yaxşı qolu isə Şotlandiya "Seltik"inin futbolçusu Kyoqo Furuhasinin evdə Macarıstan "Ferentsvaroş"una 2:0 hesabı ilə qalib gəldikləri III tur matçındakı dəqiq zərbəsi seçilib.
Çl və AL-də qrup mərhələsinin ən yaxşı qolları bilindi
TREND
Tv Afişa
10:47
18.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
18:19
15.10.2026
"Qarabağ"ın 3 futbolçusu "Neftçi"yə qarşı oynaya bilməyəcək
Azərbaycan futbolu
13:55
15.10.2026
Yuri Vernidub onu "Qarabağ"a qarşı oynada bilməyəcək - AÇIQLAMA
Azərbaycan futbolu
11:47
13.10.2026
"Neftçi" yerlilərə inamı qoruyur, "Turan Tovuz" isə... - Bonus cədvəli