Könül Mehdiyeva ilk dəfə bu mərhələnin oyununa təyinat aldı

Könül Mehdiyeva ilk dəfə bu mərhələnin oyununa təyinat aldı

Azərbaycandan olan nümayəndə ilk dəfə UEFA turnirlərində 1/4 final mərhələsinin oyununa təyinat alıb.

Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, milli assosiasiyanın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA Konfrans Liqasında iş başında olacaq.

O, Avstriyada yerli "Rapid" və İsveçin "Yurqorden" komandaları arasında təşkil ediləcək cavab matçına UEFA nümayəndəsi kimi təyinat alıb.

Görüş aprelin 17-də Vyanada, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər