Klublararası dünya çempionatı: "Fluminense" "Əl-Hilal"ı yenib ilk yarımfinalçı oldu

Klublararası dünya çempionatı: "Fluminense" "Əl-Hilal"ı yenib ilk yarımfinalçı oldu

ABŞ-də təşkil edilən klublararası dünya çempionatında 1/4 final mərhələsi start götürüb.

Fanat.Az xəbər verir ki, bu mərhələnin ilk oyununda "Fluminense" (Braziliya) Səudiyyə Ərəbistanı "Əl-Hilal"ı ilə qarşılaşıb.

Oyun "Fluminense"nin qələbəsi ilə başa çatıb  – 2:1. Qalib komandanın qollarına Martinelli (40) və Herkules (70) imza atıblar. "Əl-Hilal"ın  heyətində isə 51-ci dəqiqədə Markos Leonardo fərqlənib.

"Fluminense" yarımfinalda “Palmeyras” (Braziliya) – “Çelsi” (İngiltərə) duelinin qalibi ilə üz-üzə gələcək.

Klublararası dünya çempionatı iyunun 15-də başlayıb. İlk dəfə 32 klubun iştirakı ilə keçirilən turnirə iyulun 13-də yekun vurulacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər