KL: "Başakşəhər" evində "Rapid"lə bacarmadı

KL: "Başakşəhər" evində "Rapid"lə bacarmadı

Bu gün UEFA Konfrans Liqasında Liqa mərhələsinin II turunun oyunları start götürüb. 

Fanat.Az xəbər verir ki, turun ilk oyun günündə 2 görüş reallaşıb.

Türkiyə təmsilçisi “Başakşəhər” doğma azarkeşləri önündə Avstriya “Rapid”i ilə bacarmayıb. Bütün qolların ilk yarının son dəqiqələrinə təsadüf etdiyi görüşdə qonaq komanda 2:1 hesabı ilə qalib gəlib. Günün digər oyununda isə Portuqaliyanın “Gimaraynş” komandası Sloveniya “Çelye”si üzərində inamlı qələbə qazanıb.

Qeyd edək ki, turun qalan oyunları sabah keçiriləcək.

UEFA Konfrans Liqası Liqa mərhələsi, II tur

2 oktyabr

Başakşəhər (Türkiyə) – Rapid (Avstriya) 1:2 Qollar: Piatek, 45+2 - Şaub, 43, 46. Gimaraynş (Portuqaliya) – Çelye (Sloveniya) 3:1 Qollar: Samu, 7, Qustavo, 36, Tyaqu Silva, 62 - Matko, 90+1.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər