KL: "Olimpiakos" kubokun Yunanıstandan aparılmasına izn vermədi

KL: "Olimpiakos" kubokun Yunanıstandan aparılmasına izn vermədi

Bu gün UEFA Konfrans Liqasının qalibi müəyyənləşib. 

Fanat.Az xəbər verir ki, final görüşündə Yunanıstan “Olimpiakos”u ilə İtaliyanın “Fiorentina” komandas üz-üzə gəlib.

Həlledici oyun Afinada “OPAP Arena”da baş tutub. Görüşün start fiti saat 23:00-da səsləndirilib. Oyunu portuqaliyalı hakim Artur Soareş Dias idarə edib.

Əsas vaxtda hesab açılmadığı üçün əlavə vaxta ehtiyac duyulub. 116-cı dəqiqədə "bənövșəyilər"in qapısına yol tapan Pirey təmsilçisi kubokun Yunanıstandan getməsinə izn verməyib.

UEFA Konfrans Liqası Final 29 may

Olimpiakos (Yunanıstan) – Fiorentina (İtaliya) 1:0 

Qol: Əl-Kaabi, 116. Baş hakim: Artur Soareş Diaş (Portuqaliya) “OPAP Arena”

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər