KL: Mahirsiz “Dinamo” 1/8 finalda!

KL: Mahirsiz “Dinamo” 1/8 finalda!

Avropa Konfrans Liqasında pley-off mərhələsinə yekun vurulub.

Fanat.Az xəbər verir ki, bu gün daha 7 görüş baş tutub.

Daha öncə Belçika “Gent”ini mübarizədən kənarlaşdırmış “Makkabi” (Hayfa, İsrail) 1/8 finala yüksəlmişdi. Bu gün “Ayaks”, “Servett”, “Molde”, “Olimpiakos”, “Yunion” və “Şturm Qraz” da rəqiblərinə qalib gələrək 1/8 finala yüksəliblər. Azərbaycamlı hücumçu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su da “Betis”i mübarizədən kənarlaşdırmağı bacarıb. Amma zədəli Mahir bu dəfə də oynamayıb.

Avropa Konfrans Liqası Pley-offun cavab oyunları 22 fevral

Bodo Qlimt (Norveç) - Ayaks (Niderland) 1:2 (2:2) Qollar: Berq, 83 – Berqeys, 34. Teylor, 114.

Dinamo (Zaqreb, Xorvatiya) - Betis (İspaniya) 1:1 (1:0) Qollar: Kaneko, 59 – Bakambu, 38.

Ludoqorets (Bolqarıstan) - Servett (İsveçrə) 0:1 (0:0) Qol: Konya, 6.

Legiya (Varşava, Polşa) - Molde (Norveç) 0:3 (2:3) Qollar: Qulbrandsen, 2; 67. Hestad, 20.

Ferentsvaroş (Macarıstan) - Olimpiakos (Yunanıstan) 0:1 (0:1) Qol: El Kaabi, 45.

Ayntraxt (Almaniya) - Yunion (Belçika) 1:2 2:2 Qollar: Ebimbe, 87 – Puertas, 47. Ayensa, 80.

Slovan (Bratislava, Slovakiya) - Şturm Qraz (Avstriya) 0:1 (1:4) Qol: Byeret, 52.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər