KL: Mahirli “Dinamo” və “Fənərbaxça”nın növbəti rəqibi bəlli oldu

KL: Mahirli “Dinamo” və “Fənərbaxça”nın növbəti rəqibi bəlli oldu

Konfrans Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

Fanat.Az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə Türkiyə təmsilçisi "Fənərbaxça"nın da rəqibi bəlli olub.

İstanbul klubu bu raundda “Yunion”la (Belçika) üz-üzə gələcək. 

Azərbaycanlı futbolçu Mahir Emrelinin çıxış etdiyi Xortatiyanın "Dinamo" (Zaqreb) komandasına isə PAOK-a (Yunanıstan) rəqib olub.

Bu raundun ilk matçları martın 7-də, cavab görüşləri isə 14-də keçiriləcək.

Konfrans Liqası 1/8 final mərhələsi

“Servett” (İsveçrə) - “Viktoriya” (Çexiya) “Ayaks” (Niderland) - “Aston Villa” (İngiltərə) “Molde” (Norveç) - “Brügge” (Belçika) “Yunion” (Belçika) - “Fənərbaxça” (Türkiyə) “Dinamo” (Zaqreb, Xorvatiya) - PAOK (Yunanıstan) “Şturm” (Avstriya) - “Lill” (Fransa) “Makkabi” (Hayfa, İsrail) - “Fiorentina” (İtaliya) “Olimpiakos” (Yunanıstan) - “Makkabi” (Təl-Əviv, İsrail)

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər