Karateçilərimiz Avropa çempionatında 3 medal qazandılar

Karateçilərimiz Avropa çempionatında 3 medal qazandılar

Azərbaycan karateçiləri Macarıstanın Debresen şəhərində keçirilən şinkyokuşinkay üzrə Avropa çempionatında uğurla çıxış ediblər.

Fanat.Az xəbər verir ki, yalnız finalda uduzan Balaəmi Əhmədov (60 kq) gümüş medal qazanıb. Solmaz Zeynallı (59 kq) və Səlahət Həsənov (80 kq) isə bürünc mükafata sahib çıxıblar.

Milli komanda qitə birinciliyində Azərbaycan Karate Federasiyasının kontakt üslubları üzrə vitse-prezident Allahverdin Rüstəmovun rəhbərliyi altında mübarizə aparıb. Allahverdi Rüstəmov və Samir Fərzəliyev ölkəmizi hakim kimi təmsil ediblər.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər