İtaliya yığmasına fəhləliklə yüksələn debütant nə danışdı?

İtaliya yığmasına fəhləliklə yüksələn debütant nə danışdı?

B Seriyasında mübarizə aparan "Frozinone"də çıxış edən Federiko Qatti  Millətlər Liqasının İngiltərə ilə oyununda (0:0) İtaliya millisində debüt edib.

Fanat.Az xəbər verir ki, transfer hüquqları "Yuventus"da olan 23 yaşlı müdafiəçi həvəskar liqalardan ardıcıllıqla  - D, C və nəhayət, B Seriyasına yüksəlib. 

Aşağı liqalarda oynadığı zaman qazandığı pul az olduğu üçün fəhləlik edən Qatti matçın ardından "Goal"a danışıb:

"17 yaşım olanda atam işsiz qaldı. Bu üzdən məktəbi atdım. Pəncərə çərçivələri düzəldir, daş daşıyırdım. Səhərlər işə gedir, axşamlar məşqlərdə tər tökürdüm...

Meydanda heç kimin üzünə baxmıram. Ən aşağı liqada da belə oynamışam, indi də eyni şəkildə oynamağa davam edirəm".

Qeyd edək ki, Qatti "quru sülh"lə bitən matçda 90 dəqiqə meydanda olub və sarı vərəqə alıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər