İspaniya millisinin tarixində Qavi kimisi olmamışdı

İspaniya millisinin tarixində Qavi kimisi olmamışdı

İspaniya millisinin yarımmüdafiəçisi Qavi ölkəsinin yığmasının tarixinə düşüb.

Fanat.Az-ın məlumatına görə, "Barselona"nın futbolçusu buna "buğalar"ın sıralarında Millətlər Liqasının qalibi adını qazanaraq nail olub.

Qavi 18 yaş 317 günlüyündə əsas millinin forması ilə titula sahib çıxıb. İndiyədək heç bir futbolçu İspaniya seçməsində bu yaşda çempionluq sevinci yaşamamışdı.

Qeyd edək ki, dünən Xorvatiya seçməsi Millətlər Liqasının final matçında İspaniyaya məğlub olub. Görüşün əsas və əlavə vaxtı 0:0 hesabı ilə yekunlaşdığı üçün qalibi oyunsonrası penaltilər müəyyənləşdirib. Daha dəqiq olan "buğalar" (5:4) azarkeşlərini sevindirib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər