İslam Maxaçev Qerrini yenərək titulunu qorudu

İslam Maxaçev Qerrini yenərək titulunu qorudu

Qarışıq döyüş növləri üzrə (MMA) dağıstanlı idmançı İslam Maxaçev Filadelfiyada keçirilən "UFC 330" turnirinin əsas döyüşündə irlandiyalı İen Qerri ilə üz-üzə gəlib.

Fanat.Az xəbər verir ki, beş raund davam edən mübarizə hakimlərin yekdil qərarı ilə İslamın qələbəsi ilə yekunlaşıb.

Beləliklə, 34 yaşlı Maxaçev yarımorta çəkidə UFC çempionu titulunu qoruyub.

O, 2025-ci ilin noyabrında Cek Della Maddalenaya qalib gələrək bu çəki dərəcəsində kəmərə sahib çıxmışdı.

İndi 29 yaşlı Maxaçevin MMA-da 29 qələbəsi və bir məğlubiyyəti var. 17 qələbəsi olan 28 yaşlı Qerri isə ikinci dəfə yenilgi acısı dadıb.

Toğrul

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər