İkiqat dünya çempionumuz Avropa çempionatına yeni çəkidə yollanır

İkiqat dünya çempionumuz Avropa çempionatına yeni çəkidə yollanır

Taekvondo üzrə ikiqat dünya və Avropa çempionu, Rio-2016 Olimpiadasının bürünc medalçısı Milad Beiqi Hərçəqani 19-22 may aralığında İngiltərənin Mançester şəhərində keçiriləcək Avropa çempionatına yeni çəkidə qatılacaq.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, titullarını 80 kq-da qazanan 31 yaşlı idmançı qitə çempionatında 87 kiloqram çəki dərəcəsində mübarizə aparacaq. 

Qeyd edək ki, sözügedən yarışa yollanacaq yekun heyət mayın 8-də yığma Özbəkistanda davam edən təlim-məşq toplanışından qayıtdıqdan sonra müəyyənləşəcək.

Sahib

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər